...

AMEA ilə Qazaxıstanın Türk Akademiyası arasında memorandum imzalanıb

Cəmiyyət Materials 13 İyun 2014 17:17 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Qazaxistanın Türk Akademiyası arasında memorandum imzalanıb.
AMEA ilə Qazaxıstanın Türk Akademiyası arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Qazaxıstanın Türk Akademiyası arasında memorandum imzalanıb.

AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sənəd AMEA prezidenti, akademik Akif Əlizadənin Rəyasət Heyətində qazaxıstanlı həmkarı - Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdıralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə imzalanıb.

Sənəddə elmi layihələrə dəstək, müştərək konfrans və simpoziumların təşkili, işçi qruplarının yaradılması, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi, həmçinin elmi-texniki sənədlərin mübadiləsi nəzərdə tutulur.

Memorandumun əsas hədəflərindən biri türkologiya sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti