...

Azərbaycanda bələdiyyələrə balıqçılıq təsərrüfatları ilə məşğul olmağa icazə veriləcək

Cəmiyyət Materials 24 İyun 2014 17:33 (UTC +04:00)
Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
Azərbaycanda bələdiyyələrə balıqçılıq təsərrüfatları ilə məşğul olmağa icazə veriləcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.

Bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, Azərbaycanda balıq ehtiyatları hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

Sözgedən qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti