...

İsraildə Azərbaycandakı tolerantlığa həsr olunmuş sərgi keçirilir (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 10:56 (UTC +04:00)
İsraildə Azərbaycandakı tolerantlığa həsr olunmuş sərgi keçirilir.
İsraildə Azərbaycandakı tolerantlığa həsr olunmuş sərgi keçirilir (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

İsraildə Azərbaycandakı tolerantlığa həsr olunmuş sərgi keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsrailin Qafqazdan gedənlərin ən çox məskunlaşdığı qədim Akko şəhərində "Azərbaycan - tolerantlıq ölkəsi" adlı fotosərginin açılışı olub. Sərgi "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Akko şəhər merinin birinci müavini Zeev Noyman, Or-Akiv və Kiryat-Yama şəhər şuralarının deputatları Yosi Peysarov, Marqarita Kazakova kimi fəxri qonaqların iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb.

Fotosərginin açılışında şəhər merinin müavinləri Rauf Ağalarov, Zeev Noyman çıxış edərək Azərbaycandakı yəhudi icması, onların buradakı həyatı haqda danışıblar. Çıxışında "Azİz"-in fəaliyyətinə də toxunan Zeev Noyman deyib ki, təşkilat həyata keçirdiyi hər bir layihəsi ilə iki ölkə arasında mövcud əlaqələri daha da gücləndirir. O, eyni zamanda Azərbaycan Respublikasının dostluq və qarşılıqlı hörmətə əsaslanan siyasətinə də rəğbətlə yanaşdığını deyib.

Çıxışlardan sonra proqramın bədii hissəsi baş tutub. Bu hissədə musiqiçilər Tomer Əliyev, Orli Abramova və "Rəqs edən mirvarilər" rəqs qrupu çıxış edib. Azərbaycan və İsrail Yazıçılar birliklərinin üzvü Anton Aqarunov şeirlərini Azərbaycan dilində səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti