...

Almatıda I Beynəlxalq Hotel Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 30 İyun 2014 14:17 (UTC +04:00)
24-25 İyun 2014-ci il tarixlərində, Qazaxstanın Almatı şəhərində, Şəhər Turizm Departamentinin himayəsi və Qazaxstan Hotellər və Restoranlar Assosiasiyasının dəstəyi ilə 1-ci Beynəlxalq Hotel Forumu keçirilib. Forumun işində Azərbaycandan DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi iştirak etmişdir24-25 İyun 2014-ci il tarixlərində, Qazaxstanın Almatı şəhərində, Şəhər Turizm Departamentinin himayəsi və Qazaxstan Hotellər və Restoranlar Assosiasiyasının dəstəyi ilə 1-ci Beynəlxalq Hotel Forumu keçirilib. Forumun işində Azərbaycandan DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi iştirak etmişdir
Almatıda I Beynəlxalq Hotel Forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

24-25 İyun 2014-ci il tarixlərində, Qazaxstanın Almatı şəhərində, Şəhər Turizm Departamentinin himayəsi və Qazaxstan Hotellər və Restoranlar Assosiasiyasının dəstəyi ilə 1-ci Beynəlxalq Hotel Forumu keçirilib. Forumun işində Azərbaycandan DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi iştirak etmişdir.

Tədbirdə yerli və xarici ekspertlər, dövlət rəsmiləri, hotelçilik bazarının mütəxəssisləri, təhsil müəssisələrinın nümayəndələri beynəlxalq hotelçilik bazarının inkişaf tendensiyaları, brendinqın güvvəsi, idarə edilmədə innovasiyalar, hotelçilik bazarının inkişafını stimullaşdıran mexanizmlar və bir sıra digər sualları müzakirə etmişdirlər.

Yerli mütəxəssislərlə yanaşı, Fransa, BƏƏ, Türkiyə, Rusiya, Ukrayna və Azərbaycandan ekspertləri Foruma cəlb edilərək, Qazaxstanın və Orta Asiya dövlətlərinin hotelçilik biznesinin inkişafına dair tövsiyələr irəli sürmüşdürlər.

Plenar sessiyalar, açıq müzakirələr və master klasslarla yanaşı Forum iştirakçıları "2013-cü ilin Ən Yaxşı Hoteli" Milli Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak etmişdirlər.

Forum çərçivəsində "Kok Zhailau" dağ-xizək kurortunun təqdimatı keçmiş, "Amadeus" və "Abacus" elektron satış sistemləri vasitəsilə satış üsullari müzakirə edilmiş, Almaniyanın "İPK İnternational" konsalting şirkətinin təsisçisi və rəhbəri cənab Rolf Freitag otelçilik biznesində yeni idarəetmə üsullarından danışmışdır.

"Rixos Almaty", İbrahim Çelik, "Rixos Khadisha Shymkent"", Abdulaziz Yuldaşev, "Best Western Plus Atakent", Can Conker, "Chagala Group", Rijes Daniel və bir sıra digər hotellərin Baş Menecerlərinin iştirakı ilə keçmiş "Hotelçilik biznesinin inkişafında yeni tendensiyalar" adlı sessiya Forum iştirakçıları arasında böyük maraq doğurmuşdur.

Qazaxstan Hotellər və Restoranlar Assosiasiyasının Prezidenti xanım Rəşıdə Şaykenova dəvət olunan məruzəçiləri, moderatorları onların apardıqları işə və o cümlədən Almatı şəhərinin Turizm İdarəsini göstərdikləri dəstəyə görə təşəkkür etmiş, Forumda səslənən məsələlərə Qazaxstan və digər dövlət nümayəndələrinin böyük marağını qeyd edərək, aktual məsələlərin müzakirəsini Assosiasiyanın elektron saytında davam etməyə çağırmışdır.

DAİR Hotellər və Restoranlar Assosiasiyasının Sədri Samir Dübəndi öz çıxışında qeyd etmişdir ki, Forumun işi məhsuldarlığı ilə seçilir və bütün qaldırılan məsələlər region üçün əhəmiyyət kəsb edirlər. O, Qazaxstan və Azərbaycan arasında turistlərin və hotelçilik sahəsində çalışan mütəxəssislərin mübadiləsi məsələsinə və hər iki ölkənin hotelçilik bazarlarının bir sıra digər suallarına toxunmuşdur. Eyni zamanda təklif edilmişdir ki, Beynəlxalq Hotel Forumunun növbəti iclası Azərbaycanda keçirilsin. Regionun Assosiasiyaları arasındakı əməkdaşlığın böyük əhəmiyyət daşımasıda qey edilmişdir.

TÜROFED Türkiyə Otelçilər Federasiyonu, xanım Gülçin Güner, Horwath HTL Macarıstan konsaltinq şirkəti, cənab Marius Gomola, Rusiya Restoratorlar və Hotelçılər Federasiyası, cənab Vadim Prasov, Kırğıstan Hotelçilik və Restoran Biznesi Assosiasiyası, cənab Ruslan Sarımsakov, Qazaxstan Turizm Sənayesi Komitəsi, cənab Marat İqaliyev, Qazaxstanın Manqistaus Vilayətinin Turizm İdarəsi, xanım Güljan Bayjaunova, EXPO-2017 İxtisaslaşmış Beynəlxalq Sərginin təşkilatı İdarəsi, xanım Akmaral İsembayeva, KazTourism Turizm şirkəti, cənab İlker Kurtay, Booking.com şirkəti, xanım Yulia Yakubjanova, Abacus İnternational şirkəti, xanım Gülnara Rafikova və bir sıra digər xarici şirkətlərin və ictimai qurumların nümayəndələri ilə DAİR Hotellər və Restoranlar Assosiasiyasının adından şəxsi görüşlər keçirilmişdirlər.

Fürsətdən istifadə edərək 1-ci Beynəlxalq Hotel Forumunun işində iştirak etmək imkanının yaradılmasına görə Qazaxstan Hotellər və Restoranlar Assosiasiyasının Prezidenti xanım Rəşidə Şaykenovaya dərin minnətdarlığımızı bildiririk. Assosiasiyaya gələcəkdə dahada yüksək inkişaf və uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti