...

Sürücülərə şad xəbər: Bakının mərkəzində təmirə bağlanmış yol açıldı (VİDEO)

Cəmiyyət Materials 2 İyul 2014 16:51 (UTC +04:00)
Bakının mərkəzində təmirə bağlanmış yol açılıb.
Sürücülərə şad xəbər: Bakının mərkəzində təmirə bağlanmış yol açıldı (VİDEO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzində təmirə bağlanmış yol açılıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir və üfüqi nişanlanma işləri (xətlənmə) başa çatıb və yol artıq istifadəyə verilib.

P.Mürsəliyev əlavə edib ki, bu gün axşam saat 23:00-dan etibarən isə təmir işləri ilə əlaqədar Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək olan hissəsi bağlanacaq.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti