...

Bakıda Olimpiya stadionu ətrafında qurulan yol infrastrukturu barədə məlumatlar açıqlandı (FOTO)

Cəmiyyət Materials 7 İyul 2014 13:08 (UTC +04:00)
I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq yeni tikilən Olimpiya stadionu ətrafında qurulan yol infrastrukturu barədə məlumatlar açıqlanıb.
Bakıda Olimpiya stadionu ətrafında qurulan yol infrastrukturu barədə məlumatlar açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq yeni tikilən Olimpiya stadionu ətrafında qurulan yol infrastrukturu barədə məlumatlar açıqlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin məbuat xidmətindən Trend-ə verilən məlumata görə, I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü ətrafında yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq stadion ətrafında 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, 1 piyada körpüsü və 1 piyada tuneli nəzərdə tutulub.

Layihə çərçivəsində nəzərdə tutulan 2 tunel və 3 körpü vasitəsilə yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa hərəkətini təmin etmək və stadion ərazisində salınan dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaratmaq mümkün olacaqdır.

Tikintisi davam etdirilən 1 piyada körpüsü və 1 piyada tuneli isə metronun "Koroğlu" stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.

Sözügedən bütün layihələrin icrasının 2015-ci ilin mart ayının sonunadək başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti