...

Bakının 14 yol polisi xidmətdən qovulub

Cəmiyyət Materials 10 İyul 2014 17:41 (UTC +04:00)
Bakıda xidmətində ciddi nöqsanlara yol verdiyinə görə 14 yol polisi əməkdaşı daxili işlər orqanlarından qovulub.
Bakının 14 yol polisi xidmətdən qovulub

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda xidmətində ciddi nöqsanlara yol verdiyinə görə 14 yol polisi əməkdaşı daxili işlər orqanlarından qovulub.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək DİN Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin 14 əməkdaşı xidmətdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib, 6 nəfər sıravi əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Bundan əlavə, daha 2 nəfər öz istəyi ilə işdən çıxıb, 5 nəfər isə yaş həddinə görə təqaüdə göndərilib.

Bununla yanaşı, Bakı Şəhər DYP İdarəsinin 87 əməkdaşı xidmətini nümunəvi qaydada yerinə yetirdiyinə görə müxtəlif mükafatlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti