...

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib

Cəmiyyət Materials 23 İyul 2014 12:35 (UTC +04:00)
Bu gün Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İsmayil Xan bölgəsində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bu gün Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İsmayil Xan bölgəsində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.

Trend Pakistanın "Diplomatic News Agency" agentliyinə istinadən xəbər verir ki, məcburi köçkünlər üçün yaradılmış düşərgədə təşkil olunmuş tədbirdə Xayber Paxtunxva əyalət hökumətinin rəsmiləri, federal fövqəladə nazirliyinin nümayəndəsi iştirak etmişlər.

Mərasimdə çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü, Pakistan parlamentinin sabiq sədr müavini, AİMS inkişaf fondunun təsisçisi Fəysəl Kərim Kundi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən müqəddəs Ramazan ayında çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlığını bildirmişdir.

Daha sonra o, Heydər Əliyev Fondunun Pakistanın Xayber Paxtunxva əyalətində inşa etdirdiyi Heydər Əliyev su təchizatı sistemi və digər layihələr barəsində məlumatlar vermişdir. Natiq bütün bunların Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.

Daha sonra, düşərgədə məskunlaşmış on minlərlə məcburi köçkünlərə qablaşdırılmış mineral su paylanmışdır. Tədbirin sonunda məcburi köçkünlər üçün iftar süfrəsi təşkil olunmuşdur.

Heydər Əliyev Fondunun Ramazan ayında keçirdiyi layihələrin davamı olaraq Pəncab əyalətinin kimsəsiz qız uşaqlarının məskunlaşdığı Beyt-il-Mal uşaqlar evində iftar yeməyi təşkil olunmuşdur. Uşaqlar evində təşkil olunmuş mərasimdə, Beyt-ul-Malın prezidenti Vahid Şeyx, Azərbaycan-Pakistan Gənclər Parlamentinin (QHT) prezidenti M.A. Nur, media nümayəndələri, Azərbaycan Səfirliyinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edən Beyt-il-Malın prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanlı uşaqlara göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda uşaqlar evinin sakinləri və burada çalışan texniki heyət üçün iftar verilmişdir. İftar yeməyindən sonra tədbir iştirakçıları üçün musiqi proqram təşkil olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti