...

Azərbaycan cəbhədəki gərginliklə bağlı kiberhücumlardan qorunmaq üçün gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət Materials 4 Avqust 2014 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir H.Vəliyev/

Son günlər cəbhədə yaranmış gərginlik "informasiya müharibəsi"ndə də özünü büruzə verir. Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən məlumat verilib.

Məlumata görə, mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir.

Azərbaycanın informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini bildirir. Belə ki, kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə ETM-in qaynar xətti: 1654, e-poçt: [email protected] və ya www.cert.az ünvanından faydalana bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti