Azərbaycan, Bakı, 17 avqust /Trend /
Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gündüz saniyədə 5-10 metr sürətlə cənub-şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 14 metrə çatacaq.
Abşeron yarımadasında temperaturun gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 25-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında hava şəraiti yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.
Temperaturun gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında avqustun 18-də havanın əsasən yağmursuz keçəcəyi, 5-10 metr sürətlə şərq küləyi əsəcəyi gözlənilir.
Temperaturun gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.