...

Azərbaycanda yaz-yay mövsümündə əlilliyi olan 1000-dən çox şəxs istirahət-sağlamlıq mərkəzlərinə göndərilib

Cəmiyyət Materials 25 Avqust 2014 10:27 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb. Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.
Azərbaycanda yaz-yay mövsümündə əlilliyi olan 1000-dən çox şəxs istirahət-sağlamlıq mərkəzlərinə göndərilib

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb. Bu barədə Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.

Qeyd edək ki, ƏƏSMN-in müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda nəzərdə tutulan əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri uğurla həyata keçirilib.

Məlumata görə, proqrama əsasən, cari ilin yaz-yay mövsümündə bu kateqoriyadan olan 1062 nəfər ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərilib.

İstirahət müddətində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti