Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Binəqədi rayonunda avaralıq və dilənçiliklə məşğul olan 52 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 52 nəfər saxlanılıb. Saxlanılanlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.
Qeyd edək ki, saxlanılanlardan 17-si qadın, 6-sı kişi, 29-u isə azyaşlı olub.