...

Nazir müavini: İlkin ehtimala görə, Xırdalanda binada partlayış qaz sızmasından olub, bir uşağın axtarışı davam edir

Cəmiyyət Materials 8 Sentyabr 2014 19:19 (UTC +04:00)
Xırdalanda binada baş vermiş partlayış nəticəsində dağıntılar altında qalanların xilas edilməsi işləri 11 saatdır davam edir.
Nazir müavini: İlkin ehtimala görə, Xırdalanda binada partlayış qaz sızmasından olub, bir uşağın axtarışı davam edir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Xırdalanda binada baş vermiş partlayış nəticəsində dağıntılar altında qalanların xilas edilməsi işləri 11 saatdır davam edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

E.Mirzəyev deyib ki, dağıntılar altından 2 kişi, 3 qadın və 6 uşaq olmaq 11 nəfər çıxarılıb: "Onlardan 1 kişi və 1 qadın dünyasını dəyişib. Hazırda bir uşağın axtarışı davam edir".

O, qeyd edib ki, ilkin ehtimala görə, partlayış 2-ci mərtəbədə qaz sızmasından baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti