...

Vüsal Məmmədov: Konkret məqsəd, düzgün strategiya və doğru kollektiv

Cəmiyyət Materials 1 Oktyabr 2014 17:35 (UTC +04:00)
Bu gün Azərbaycanın media bazarında öz xüsusi çəkisi olan, səmimi, peşəkar kollektivi olan “Azvision.az” xəbər portalının 2 yaşı tamam olur.
Vüsal Məmmədov: Konkret məqsəd, düzgün strategiya və doğru kollektiv

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bu gün Azərbaycanın media bazarında öz xüsusi çəkisi olan, səmimi, peşəkar kollektivi olan "Azvision.az" xəbər portalının 2 yaşı tamam olur.

Trend-in məlumatına görə, "Azvision.az" xəbər portalının baş redaktoru Vüsal Məmmədov mətbuata açıqlamasında bildirib ki, "AzVision" ölkədə onlayn media bumu yaşanan bir dövrdə yarandı. Amma çox tezliklə öz yerini tutdu və sübut etdi ki, ucuz oyunlara getmədən, ciddi sayt olaraq da tanınmaq, oxucu qazanmaq mümkündür.

Onun sözlərinə görə, konkret məqsəd, düzgün strategiya və doğru kollektiv olanda uğur qazanmaq mümkündür: "Azərbaycanda ən gözəl kollektivlərdən biri Azvision.az-dadır. Mən bu kollektivi çox sevir və böyük bir sərvət sayıram".

Qeyd edək ki, "Azvision.az" 2012-ci il oktyabrın 1-dən fəaliyyət göstərir. Sayt Azərbaycanda, dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Trend İnformasiya Agentliyinin kollektivi "Azvision.az" xəbər portalının kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti