...

Azərbaycanda sosial ipotekanın maliyyələşdirilməsi artırılır

Cəmiyyət Materials 15 Oktyabr 2014 09:48 (UTC +04:00)
Azərbaycan hökuməti 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz - 59 milyon manatadək artırmağı planlaşdırır.
Azərbaycanda sosial ipotekanın maliyyələşdirilməsi artırılır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan hökuməti 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz - 59 milyon manatadək artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi gələn il üçün Azərbaycanın dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib.

Bu məqsədlər üçün 2014-cü il dövlət büdcəsindən 40 milyon manat ayrılmışdı.

Gələn il üçün nəzərdə tutulmuş sosial ipotekanın maliyyələşdirilməsi nəzərə alınmaqla İpoteka Fondunda yığılan vəsaitlərin həcmi 266 milyon manata çatacaq.

İpoteka Fondu büdcə maliyyələşdirilməsi ilə yanaşı istiqrazlar yerləşdirir və onların satışından əldə olunan vəsaitlər adi ipoteka çərçivəsində kreditlərin verilməsinə yönəldilir.

Hazırda İpoteka Fondunun xətti ilə ümumi dəyəri 612,37 milyon manat olan 15 393 ipoteka krediti verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti