...

Azərbaycan turizmi Polşada (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2014 20:23 (UTC +04:00)
Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Turizm sərgisi keçirilib.
Azərbaycan turizmi Polşada (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Turizm sərgisi keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, qQeyd olunan sərgidə dünyanın 30 ölkəsi və Polşanın bir çox turizm firmaları təmsil olunublar.

Səfirlik ölkəmizin turizm potensialının qeyd olunan sərgidə təqdim edilməsi məqsədilə təşkilatçılarla müvafiq danışıqlar aparıb və "Bizi Azərbaycana nə cəlb edir" adlı təqdimat keçirib. Təqdimatda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov ölkəmizin son illər əldə etdiyi uğurları, turizm potensialı və müasir standartlara cavab verən turizm infrastrukturu haqqında məlumat verib.

Təqdimatdan sonra səfir jurnalist və tədbir iştirakçılarının çox saylı suallarını cavablandırıb. Sonra Poznanda keçirilən Beynəlxalq Turizm sərgisinin internet və "facebook" səhifələrində "Bizi Azərbaycana nə cəlb edir" adlı müsabiqənin qaliblərinə Azərbaycan bələdçi kitabı və hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Azərbaycan turizmi haqqında videoçarx nümayiş etdirilib və milli mətbəximizin təamlarından ibarət ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti