Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Azərsu" ASC-nin işçiləri Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki ayırıcı zolaqda baş verən çökməni aradan qaldırırlar.
Trend hadisə yerindən görüntüləri təqdim edir.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev öncə Trend-ə bildirib ki, səhər saatlarında həmin ərazidə su sızması baş verib.
Onun sözlərinə görə, həmin yolun altından 700 diametrlik iki ədəd boru keçir. Həmin boruların qaynaq hissəsində sızma baş verib. Bunun nəticəsində yol çöküb: "Həmin yola bu gün asfalt-beton örtüyü də vurulsa da, yol yenə çöküb".
P.Mürsəliyev deyib ki, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri qəzanı aradan qaldırırlar.