...

Bakıda daha iki yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 15 Noyabr 2014 10:06 (UTC +04:00)
Hər iki küçədə işlərin təxminən gecə saat 04 radələrində bitməsi planlaşdırılır.
Bakıda daha iki yolda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

Bu gecə Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yolda üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılması ilə əlaqədar bu axşam saat 22:00-dan etibarən Məmməd Araz küçəsində, gecə saat 24:00 saatdan etibarən isə Yusif Vəzir Çəmənzəminli küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Hər iki küçədə işlərin təxminən gecə saat 04 radələrində bitməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti