...

ÜST: Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır

Cəmiyyət Materials 19 Noyabr 2014 14:48 (UTC +04:00)
Azərbaycanda getdikcə daha tez-tez iri beynəlxalq idman və mədəniyyət tədbirləri keçirilir. Вununla əlaqədar bu il oktyabrın 26-dan 30-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Texniki qrupu Azərbaycanda səfərdə olub.
ÜST: Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycanda getdikcə daha tez-tez iri beynəlxalq idman və mədəniyyət tədbirləri keçirilir. Вununla əlaqədar bu il oktyabrın 26-dan 30-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Texniki qrupu Azərbaycanda səfərdə olub.

Trend xəbər verir ki, ÜST-nin saytında yerləşdirilmiş məlumata görə, texniki qrupun səfəri ölkənin Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlarına belə tədbirlər zamanı iştirakçıların, tamaşaçıların və geniş ictimaiyyətin sağlamlığının qorunması üçün yardım göstərməklə bağlı idi.

Həmçinin səfər bu il oktyabrın 28-dən 30-na kimi Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumla əlaqədar səhiyyə sahəsində dəstək göstərmək məqsədi daşıyıb.

Məlumata görə, ÜST-nin texniki qrupunun respublikaya uzunmüddətli səfərində məqsəd 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində dəstək göstərməkdir. Oyunlarda dünyanın müxtəlif ölkələrindən 6 min idmançı yarışacaq.

Məlumtda deyildiyi kimi, səfər zamanı ÜST Texniki qrupunun üzvləri ilk Avropa Oyunları Təşkilat Komitəsinin nümayəndələri ilə səhiyyə sisteminin hazırlığının müzakirə edilməsi, bu əhəmiyyətli idman tədbirinə hazırlıq zamanı tibbi sanitar tədbirlərin keçirilməsi ilə əlaqəli məsələlərdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin verilməsi üçün görüşləri keçiblər.

Görüşlər zamanı tərəflər 2013-cü ilin sentyabrında ÜST-nin ilkin qiymətləndirici missiyasının ölkəyə səfəri zamanı Azərbaycana verilən tövsiyələrin yerinə yetirilməsi məsələləri də nəzərdən keçirilib.

Görüşlərin nəticələrinə görə ÜST Texniki qrupunun üzvləri irimiqyaslı idman tədbirlərinin keçirilməsi, eləcə də yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində Azərbaycanın səhiyyə sisteminin hazır olduğu qənaətinə gəlib.

Məlumatda deyildiyi kimi, ÜST yoluxucu xəstəliklərə nəzarət sahəsində tibbi personalın təlimi, müvafiq analizlərin keçirilməsi zamanı fərdi müdafiə üzrə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti