Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Fətəli xan Xoyski küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunur.