...

Azərbaycanda saxta diplom problemi tam həll olunur

Cəmiyyət Materials 10 Fevral 2015 14:43 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin məzunlarına diplomların verilməsi prosedurunu elektron formaya keçirəcək.
Azərbaycanda saxta diplom problemi tam həll olunur

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin məzunlarına diplomların verilməsi prosedurunu elektron formaya keçirəcək. Trend xəbər verir ki, bunu nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib.

Onun sözlərinə görə, bu, diplomların verilməsini yubanma olmadan həyata keçirməyə imkan verəcək: "Hazırda "Elektron hökumət" portalında 2012-2013-cü illərin məzunlarına diplomların verilməsi haqqında məlumat yerləşdirilib. Məlumat həm bakalavriat, həm magistratura, həm də ölkənin orta məktəblərinin məzunlarını əhatə edir. Məlumat bazasına təxminən 32 min bakalavr, 3 min magistr və 15 min orta məktəb məzunu haqqında məlumat yerləşdirilib".

İ.Sadıqov bildirib ki, 2014-cü il məzunları haqqında məlumat bazasının hazırlanması üzrə işlər tamamlanma mərhələsindədir.

Şöbə müdirinin sözlərinə görə, paralel olaraq ötən illərin məlumat bazalarının yaradılması işləri gedir: "Əsas hədəfimiz Azərbaycan müstəqillik əldə edənədək olan dövrün məzunları üzrə məlumat bazasının yaradılmasıdır. Bu, müraciətlərin emalı zamanı işəgötürənlərin və Təhsil Nazirliyinin əməkdaşlarının işini asanlaşdıracaq və saxta diplomlarla bağlı problemin tam həll olunmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti