Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/
Nərimanov rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb və xəbərdarlıq edilərək buraxılıblar.