...

Polşalı tələbələrə Xocalı soyqırımı haqqında məlumat verilib

Cəmiyyət Materials 23 Fevral 2015 20:49 (UTC +04:00)
Varşava Universitetində Xocalı soyqırımı anıldı.
Polşalı tələbələrə Xocalı soyqırımı haqqında məlumat verilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Varşava Universitetinin Şərqşünaslıq kafedrasının tələbələrinə Xocalı soyqırımı haqqında məlumat verilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın Polşadakı səfirliyinin ikinci katibi Xuraman İsmayılova tələbələrə Dağlıq Qarabağ münaqişəsi, münaqişənin nəticələri, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

Həmçinin, tədbir zamanı tələbələrə səfirlik tərəfindən Xocalı soyqırımı ilə əlaqədar polyak dilində nəşr olunan kitab və açıqcalar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti