...

Bu gecə bu yola çıxmayın

Cəmiyyət Materials 25 Fevral 2015 10:13 (UTC +04:00)
Bakının Heydər Əliyev prospekti ilə kəsişən küçələrdən birində hərəkət məhdudlaşdırılacaq.
Bu gecə bu yola çıxmayın

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının Heydər Əliyev prospekti ilə kəsişən küçələrdən birində hərəkət məhdudlaşdırılacaq. Bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 21:00-dan etibarən paytaxın Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb həmin küçədə üfüqi nişanlama (xətləmə) işlərinin aparılmasıdır: "Birinci mərhələdə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, ikinci mərhələdə isə şəhər tərəfdən Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq".

P.Mürsəliyev qeyd edib ki, işlərin gecə saat 5-6 radələrində başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti