...

Bakı İstintaq Təcridxanasında araşdırma aparılıb

Cəmiyyət Materials 18 Mart 2015 12:35 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.
Bakı İstintaq Təcridxanasında araşdırma aparılıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə saxlanılan on beş şəxslə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər.

Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Həmin şəxslərə qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Eyni zamanda, onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Ombudsmana ünvanlanmış müraciətləri araşdırılması üçün müvafiq orqana göndərilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti