...

“Azəryolservis” ASC xəbərdarlıq edir

Cəmiyyət Materials 10 Aprel 2015 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaxın günlərdə Nərimanov rayonunun Ələsgər Qayıbov və Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçələrində əsaslı təmir işlərini planlaşdırır.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, təmir ilə bağlı hazırlıq işləri aparıldığından sözügedən küçələrdə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq cəmiyyətə müraciət etmələri xahiş olunur. Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti