Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Hüseyn Vəliyev/
Aprelin yekunları üzrə Azərbaycanda stasionar personal kompyuterlərin (desktoplar) satışı 2,6 faiz azalıb. Bu barədə Trend "Global Stats" statistik mərkəzinə istinadən məlumat verir.
Mərkəzin məlumatına əsasən, aprelin sonuna Azərbaycanda stasionar personal kompyuterlər bazarının payı 59,74 faiz təşkil edib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə hesabat dövründə stolüstü personal kompyuterlər bazarı 13,35 faiz azalıb.
2015-ci ilin aprel ayının nəticələri üzrə Azərbaycanın portativ kompyuterlər (noutbuklar, netbuklar) bazarı 5 faiz artıb. Mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda portativ kompyuterlər bazarının payı 35,67 faiz təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bazarın bu seqmenti 34,3 faiz artıb.
Reytinqdə 4,58 faiz payla üçüncü yeri planşet kompyuterləri tutur. Aprelin nəticələri üzrə bazarın bu seqmentinin payının azalması 1,5 faiz olub, 2014-cü ilin analoji dövrü ilə müqayisədə planşet qurğularının seqmenti 1,7 faiz artıb.