...

Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binası açılıb (FOTO)

Cəmiyyət Materials 14 May 2015 20:05 (UTC +04:00)
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.
Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binası açılıb (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Hissənin ərazisində 3 çıxışlı yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, 2 ədəd su anbarı, içməli su anbarı, avtoyuma və bir artezian quyusu inşa olunub. İnzibati binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend də təşkil edilib. Bundan başqa, inzibati binada dispetçer, tədris və istirahət otaqları, yeməkxana da var. Hissə ən müasir yanğınsöndürmə və qəza-xilasetmə avtomobilləri ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti