...

Bu gecə Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 26 May 2015 13:19 (UTC +04:00)
Bakıda daha iki küçədə hərəkət qismən məhdudlaşdırılacaq.
Bu gecə Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Bakıda daha iki küçədə hərəkət qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün saat 22:00-dan səhər saatlarınadək Binəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. "Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti