...

Azərbaycanda turizm sahəsi üzrə oxuyan tələbələr üçün təcrübə müddətinin artırılması təklif edilir

Cəmiyyət Materials 14 İyul 2015 12:17 (UTC +04:00)
Azərbaycanda turizm sahəsində kadr hazırlığının daha yüksək səviyyədə təşkili məqsədi ilə tələbələr üçün təcrübə müddətinin artırılması təklif edilir.
Azərbaycanda turizm sahəsi üzrə oxuyan tələbələr üçün təcrübə müddətinin artırılması təklif edilir

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda turizm sahəsində kadr hazırlığının daha yüksək səviyyədə təşkili məqsədi ilə tələbələr üçün təcrübə müddətinin artırılması təklif edilir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, ölkədə mütləq turizm sahəsində xidmət səviyyəsi qaldırılmalıdır. Bunun üçün isə kadr hazırlığına ciddi fikir verilməlidir.

Xidmətlərin təqdim olunmasında kadrların mühüm rol oynadığını deyən AzTA rəsmisinin sözlərinə görə, məhz kadrlar vasitəsilə xidmətlərin yüksək səviyyədə göstərilməsi təmin edilir. Mütəxəssis bu amilləri nəzərə alaraq təklif edir ki, bu baxımdan kadr hazırlığı məsələsində mütləq Türkiyə və Avropa ölkələrində tətbiq edilən tədris-təlim proqramlarından istifadə edilməlidir: "Azərbaycanda bəzən tələbələr turizm sahəsi üzrə oxusalar da, onların təcrübələri zəif olur. Türkiyə və Avropa ölkələrində isə əsas diqqət təcrübəyə verilir. Ona görə də Azərbaycanda tələbələr II kursdan böyük bir müddətə təcrübə keçməlidirlər. Bunun üçün isə tələbələrin təcrübə proqramlarına bir daha baxmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti