...

Velosiped sürməyi bacaran media işlərinin diqqətinə

Cəmiyyət Materials 21 İyul 2015 13:41 (UTC +04:00)
Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək.
Velosiped sürməyi bacaran media işlərinin diqqətinə

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, 22 iyul - Milli Mətbuat Günü münasibətilə AzVİF mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirəcək.

Turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, fotoqraf və s.) iştirak edə bilər.

Yarış iyulun 22-də saat 18:00-də Şıx qəsəbəsindəki veloparkda təşkil ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq.

"Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti