...

Daha dörd hökumət məlumat bazası açıq edildi

Cəmiyyət Materials 3 Avqust 2015 19:13 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin daha 4 adda açıq məlumat bazaları Açıq Hökumət Məlumatları portalına inteqrasiya edilib.
Daha dörd hökumət məlumat bazası açıq edildi

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin daha 4 adda açıq məlumat bazaları Açıq Hökumət Məlumatları portalına inteqrasiya edilib.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən verdiyi məlumata görə, portala inteqrasiya edilən bazalar aşağıdakılardır:

• İnternet saytın səhifəsinə interaktiv GoMap.Az xəritəsinin əlavə olunması
• Xəritəyə markerin əlavə edilməsi
• Xəritəyə bir neçə markerin əlavə edilməsi
• Xəritə üzərində kordinatlara görə ünvanın tapılması metodu

Portalda açıq edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar və hər bir məlumat üzrə yaradıla biləcək mobil servislərin hazırlanma metodları barədə təlimatlar yerləşdirilib. Sözügedən məlumat bazaları naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları əhatə edir.

Qeyd edək ki, hazırda açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, "Azərsu" ASC-nin və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. İlkin araşdırmalara görə, əksər qurumların mülkiyyətində açıq edilməli məlumatlar var və həmin məlumatların proqram tərəfindən oxunaqlı formata gətirilərək portalda yerləşdirilməsi üçün lazımi işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti