...

Dövlət Komitəsi reyd keçirib: 65608 manat cərimə qərarı verilib

Cəmiyyət Materials 14 Avqust 2015 11:55 (UTC +04:00)
Azərbaycanda torpaq müfəttişlərinin apardığı reydlər nəticəsində 2132 qanunvericiliyin pozulması halı aşkar edilib.
Dövlət Komitəsi reyd keçirib: 65608 manat cərimə qərarı verilib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanda torpaq müfəttişlərinin apardığı reydlər nəticəsində 2132 qanunvericiliyin pozulması halı aşkar edilib.

Trend xəbər verir ki, bunu "Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin kordinasiyası" mövzusunda keçirilən işgüzar forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar müəyyən edilib.

R.Cəlilov qeyd etdi ki, komitənin yeni funksiyalarının icrasında əsas məqsəd səmərəliliyin və effektivliyin artırılmasıdır: "Yeni funksiyalara əsasən yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət orqanları ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Belə forumların keçirilməsi isə koordinasiya işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır".

Dövlət torpaqlarının mühafizəsi, təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması ilə bağlı qurumun monitorinq və reydlər keçirdiyini deyən sədr müavini qeyd etdi ki, bu cür tədbirlər mütəmadi keçirilir:

"Belə tədbirlər Bakı şəhəri və Respublikanın digər regionlarında mütəmadi qaydada aparılır və aşkar edilən qanun pozuntularına qarşı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirirlər. Ppozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir. Bununla əlaqədar müfəttişlər tərəfindən bu günədək 54 hal üzrə İzibati protokol tərtib edilib, bundan 35 hal üzrə 65608 manat cərimə olunması barədə qərar qəbul olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti