...

Yeni Moskva-Bakı reysi bərpa edilir

Cəmiyyət Materials 20 Avqust 2015 10:47 (UTC +04:00)
Rusiyanın “UTair” şirkəti payızda Moskva-Bakı marşrutu üzrə uçuşları bərpa etmək niyyətindədir.
Yeni Moskva-Bakı reysi bərpa edilir

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Maksim Tsurkov/

Rusiyanın "UTair" şirkəti payızda Moskva-Bakı marşrutu üzrə uçuşları bərpa etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Travel.ru" portalı məlumat verir.

Aviaşirkətin təyyarələri sentyabrın 7-dən başlayaraq hər gün reyslər həyata keçirəcək.

Moskvadan ("Vnukovo" aeroportu) uçuş - 10:30-da, Bakıya eniş - 15:30-da, Bakıdan uçuş - 16:30-da, Mokvaya eniş - 17:30-da olacaq.

Birtərəfli biletin minimal qiyməti 10845 rubl (170,27 manat), gediş-gəliş biletin isə 23512 rubl (369,14 manat) təşkil edəcək.

Uçuşa "Boeing 737" təyyarəsi buraxılacaq.

Xatırladaq ki, bu marşrut üzrə 2008-ci ildən uçuşlar həyata keçirən "UTair" 2014-cü ildə marşrutu bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti