Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrlə müqayisədə xeyli ucuzdur

Cəmiyyət Xəbər 17 Sentyabr 2015 09:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrin dəmir yolunda müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən Trend-ə verilən məlumatda bildirilir.

Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.

Tarıf Şurasının qərarı olduqca ədalətlidir. Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur.

Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən "Aeroekspress"də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN, Ukrayna Respublikasında şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyə Respublikasında 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir.

Müqayisəli cədvəl

Rusiya Federasiyası

"Aeroekspress

45-30 km

6, 30 AZN,

Estoniya

35,9 km

3, 35 AZN

Ukrayna

37 km

2, 90 AZN

Özbəkistan

Şəhərətrafı elektrik qatarları

2, 50 AZN

Türkiyə

46 km

5, 20 AZN

Qazaxıstan

Şəhərətrafı elektrik qatarları

6, 10 AZN

Azərbaycan

42 km

0.80 AZN

Məqalədə:

Xəbər lenti

Xəbər lenti