...

Əlil uşaqlara hədiyyəli şəxsiyyət vəsiqələri paylanıb (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2015 16:23 (UTC +04:00)
Abşeronda 41 uşağa şəxsiyyət vəsiqələri verilib.
Əlil uşaqlara hədiyyəli şəxsiyyət vəsiqələri paylanıb (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Abşeronda 41 uşağa şəxsiyyət vəsiqələri verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də Sumqayıt "ASAN xidmət" mərkəzi və ASAN Könüllülərinin birgə təşəbbüsü ilə "Könüllülər Yurdu Azərbaycan" layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib.

"ASAN xidmət" mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 41 nəfər uşağa şəxsiyyət vəsiqələri təqdim edilib.

Tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Gənclər valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri yarandığı ilk gündən sosial məsuliyyət yönümlü aksiyalar keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti