...

Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb

Cəmiyyət Materials 18 Sentyabr 2015 11:33 (UTC +04:00)
Azərbaycanda 20 sentyabr Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb.
Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycanda 20 sentyabr Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb.

Qısametrajlı videoçarxlarda Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində çalışan ayrı-ayrı şəxslərin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edilir, müasir beynəlxalq standartlara uyğunlaşan sənaye texnologiyaları və iş prinsiplərinə əsaslanan əmək fəaliyyəti nümayiş olunur.

Videoçarxların çəkilişləri "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti