...

Əflatun Amaşov: Məsələni söz və mətbuat azadlığının hansısa formada məhdudlaşdırılmasına gətirmək doğru deyil

Cəmiyyət Materials 21 Sentyabr 2015 17:38 (UTC +04:00)
Məsələni söz və mətbuat azadlığının hansısa formada məhdudlaşdırılmasına gətirmək doğru deyil. Azərbaycan vətəndaşının hüquqları ilə bağlı müxtəlif qanunlardan söz açmaqla manipulyasiya da yolverilməzdir.
Əflatun Amaşov: Məsələni söz və mətbuat azadlığının hansısa formada məhdudlaşdırılmasına gətirmək doğru deyil

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Məsələni söz və mətbuat azadlığının hansısa formada məhdudlaşdırılmasına gətirmək doğru deyil. Azərbaycan vətəndaşının hüquqları ilə bağlı müxtəlif qanunlardan söz açmaqla manipulyasiya da yolverilməzdir. Qanunlar və qaydalar var ki, onlara riayət edilməlidir. Burada konkret yanaşma olmalıdır və bu yanaşma xarici kütləvi informasiya vasitəsinin və onun əməkdaşının ölkəmizdə səmərəli fəaliyyətini təmin etməyə yönəlməlidir. Belə təminat isə "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də ifadəsini tapıb. Sənəd Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib".

Bunu Trend-ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanması ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.

Ə.Amaşov bildirib ki, "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" xarici KİV-lərin müxbirlərinin fəaliyyət göstərməsinə imkan verən elektron xidmətin göstərilməsini nəzərdə tutur: "Orada KİV-i təmsil edən müxbirin Azərbaycan vətəndaşı olmasına dair müddəa da əksini tapıb. Reqlamentin 2.6-cı bəndində elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər sadalanır. Öncə xarici müxbirin təmsil etdiyi KİV-in rəhbəri və ya onu əvəz edən şəxs Xarici İşlər Nazirliyinə müraciət ünvanlamalıdır. Müraciətə müxbirin ərizə-anketi, 2 ədəd rəngli fotoşəkli, pasportu və ya digər sərhədkeçmə sənədinin, xidməti vəsiqəsinin surəti, tərcümeyi-halı əlavə olunmalıdır. Əgər xarici KİV-in müxbiri Azərbaycan vətəndaşıdırsa, bunu təsdiqləyən şəxsiyyət vəsiqəsinin surəti də tələb olunur. Göründüyü kimi, prosedur sadə və aydın şəkildə əksini tapıb. Ona görə də nəyisə şişirdərək fərqli ab-hava yaratmağa ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti