Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, dəyişikliklər sərnişinlərun arzu və təklifləri nəzərə alınaraq, onların qatarlardan istifadəsini asanlaşdırmaq məqsədi ilə edilir: "28 sentyabr 2015-ci ildən etibarən Bakı-Sumqayıt-sərnişin-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində aşağıdakı qaydada hissəvi dəyişikliklər ediləcək, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək.
24 sentyabr 2015-ci ildən etibarən hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Baki sərnişin stansiyasından saat 05:10-da, Sumqayıt sərnişin stansiyasından saat 06:40 yola düşən elektrik qatarları ləğv olunacaq".
N.Əzməmmədov qeyd edib ki, sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.