...

İqlim dəyişikliyi üçün maliyyə: texnologiya, tərəfdaşlıqlar və bilik

Cəmiyyət Materials 10 Oktyabr 2015 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao dünyada iqlim dəyişiklkiyi ilə bağlı bəyanat verib.

Trend-ə daxil olan bəyanatda deyilir: "İqlim dəyişikliyi dövrümüzün ən önəmli problemidir. Onun təsirlərini aradan qaldırmaq və onlara uyğunlaşmaq üçün bizə maliyyə lazımdır.

İqlim dəyişikliyi sentyabr ayında Nyu Yorkda beynəlxalq liderlər tərəfindən razılaşdırılmış yeni Davamlı İnkişaf Hədəflərinin əksəriyyətinə əngəl törədir. Əslində qlobal iqlim üzrə tədbirin görülməsi yoxsulluğun aradan qaldırılması, su və qida təhlükəsizliyi və davamlı iqtisadi artım kimi digər inkişaf hədəflərinə nail olmaq üçün əsasdır. Biz həmçinin onu da gözləyirik ki, dekabr ayında Parisdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasına üzv Tərəflərin Konfransında (COP21) yeni bir qlobal iqlim sazişi bağlanacaq.

Asiya İnkişaf Bankı (AİB) ötən ay bildirib ki, o, özünün illik iqlim maliyyələşməsini 2020-ci ilə qədər 6 milyard dollara qədər iki dəfə artıracaq - nəzərə alaraq ki bu, bizim maliyyələşdirməmizin təxminən 30%-i qədərdir. Bu öhdəlik qalxan dəniz səviyyələri, əriyən buzlaqlar və daşqınlar, çəkilmələr və tropik tufanların canlılara zərər verdiyi və həddən çox çanlını apardığı Asiya və Sakit okeanı regionunda iqlim dəyişikliyinə ünvanlanmanın əhəmiyyətini əks etdirir.

AİB tərəfindən verilən bu bildiriş inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 2020-ci ildən hər il 100 milyard ABŞ dolları buraxmaq üçün inkişaf etmiş ölkələr tərəfindən girovun əsasına ziddir. AİB-in iqlim maliyyələşdirməsini iki dəfə artırması onun prioritetlərini, eləcə də onun ümumi maliyyələşdirmə potensalının öz balans vərəqindən daha səmərəli istifadəsi səbəbindən 50%-ə qədər artmasını əks etdirir.

Lakin yalnız bu maliyyə böyük problemləri aradan qaldırmağa bəs etmir. Artan maliyyəni daha güclü texnologiya, güclü tərəfdaşlıqlar və dərin biliklər ilə birləşdirməyimiz vacibdir.

Texnologiya

Asiya-Sakit okeanı regionu hal-hazırda qlobal istilikxana qaz buraxmalarının 37%-ni təşkil edir. Bu, aqqressiv müdaxilələr, o cümlədən günəş, külək və geotermal kimi təmizləyici texnologiyalar və davamlı nəqliyyat və daha gözəl və yaşıl şəhərlər ilə növbələnmə olmadan artacaq. Eynilə qabaqcıl drenaj sistemləri, istiliyə dözümlü yol örtükləri və daha yaxşı suvarma kimi adaptasiya texnologiyası həlləri icmaları iqlim təsirlərindən qorumağa kömək edə bilər.

Bu, artıq AİB-in dəstəklədiyi geotermal enerji layihəsinin enerji təhlükəsizliyini gücləndirəcəyi və geotermal zavodların yeni nəsli üçün bir layihə təklif edəcəyi Cənubi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya kimi yerlərdə baş verməkdədir. İqlim dəyişikliyinə ən çox həssas olan ölkələrdən biri olan Maldiv adalarında 192 məskunlaşmış adadan 160-da qurulan innovativ hibrid günəş sistemləri istilikxana emissiyalarını azaldacaq, elektrik sərfiyyatını minimallaşdıracaq və enerji təhlükəsizliyini gücləndirəcək.

Bu cür əsas təşəbbüslər dəqiq planlaşdırma və yerli şərait haqqında dərin bilik tələb edir ki, ən yaxşı texnologiyaların seçildiyi və tətbiq edildiyi tətbiq olunsun. Ona görə də AİB öz layihələrinə daha təmiz və qabaqcıl texnologiya cəlb etmək üçün öz satınalma sistemlərini nizamlayacaq.

Müvafiq nizamlayıcı və maliyyə işləri texnologiyaların iqtisadi cəhətdən əhəmiyyətli olmasını təmin etmək üçün də hazır olmalıdır. Əks halda, lazımi büdcəsi olan ölkələr mədəndən çıxarılan yanacaqlara əsaslanan daha ucuz, daha çox çirkləndirici enerji mənbələri üçün demək olar ki dayandıracaq.

Tərəfdaşlıqlar

Güclü tərəfdaşlıqlar inkişaf etməkdə olan ölkələrdə ictimai büdcələrin məhdud olduğu və hökumətin bunu tək edə bilmədiyi üçün uğurlu iqlim tədbirinin əsas komponentidir.

Özəl sektor iqlim dəyişikliyinə qarşı qlobal səylərə əhəmiyyətli maliyyələşməni, texnologiyanı və təcrübəni təmin edə bilər. Lakin iqlimə aid müvafiq texnologiyalar riskli hesab oluna bildiyi üçün biznes bəzən tərəddüdlü olur.

Müvafiq risk bölgüsü özəl sektor maliyyələşməsinə şirnikləndirə bilər, lakin bu, adətən yalnız o halda baş verir ki, hökumət pay və ya zəmanətlər verməklə hər hansı müəssisədə imkan verən bir rol daşıyır. Dövlət-Özəl Tərəfdaşlıqları yaxud DÖT-ları iqlimə dostcasına yanaşma layihələrinə özəl sektorun cəlb olunmasını təmin etməyin bir yoludur.

Bizim AİB-in dəstəklədiyi 400 milyon dollarlıq bir birgə müəssisə olan Asian Climate Partners (Asiya İqlim Partyorları) kimi ətraf mühitə və iqlimə dostcasına yanaşan şirkətlər və əməliyyatlara xüsusi kapital invstisiyaları qoyacaq daha çox təşəbbüslərə ehtiyacımız var. Bu, bərpa olunan enerji, təmiz texnologiya, təbii resurs sərfiyyatı, su, kənd və meşə təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrə sərmayə qoymaq məqsədi daşıyır.

Bilik

Nəhayət, iqlim dəyişikliyinə dair uğurlu qlobal tədbir iqlim ilə bağlı bilik və məlumatlara çıxış imkanından asılı olacaq. Bu, maliyyə və bilik institutları arasında geniş tərəfdaşlıqların olmasını tələb edəcək.

Gələcək tərəfdaşlıqların bir modeli yaxın vaxtlarda fəaliyyətə başlamış Güclü İnkişaf üçün İqlim Xidmətləridir. Bu, inkişaf etməkdə olan ölkələrin iqlim davamlılığını gücləndirmək məqsədilə yeni alətlər, xidmətlər və yanaşmalar işləyib hazırlamaq üçün AİB, xeyriyyə institutları və özəl sektor şirkətləri kimi çoxtərəfli inkişaf bankları ilə hökumətləri birləşdirir. Müxtəlif tərkibli bu tərəfdaşlıq NASA, Google və Skoll Global Threats Fund kimi təşkilatların cəlb olunması ilə geniş bir təcrübə verir.

İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün bizim bacarıq və maliyyə imkanlarımız var. Düzgün texnologiyalar, tərəfdaşlıqlar və biliklər ilə biz həqiqi inkişafa nail ola bilərik ki, bunun da zamanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti