...

Bakının iki rayonunda içməli su problemi olacaq

Cəmiyyət Materials 12 Oktyabr 2015 12:09 (UTC +04:00)
Bakının iki rayonuna içməli suyun verilməsində problemlər olacaq.
Bakının iki rayonunda içməli su problemi olacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/

Bu gün Bakının iki rayonuna içməli suyun verilməsində problemlər olacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, gün ərzində Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məhdudiyyətlər I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti