...

MTN-nin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı

Cəmiyyət Materials 19 Oktyabr 2015 23:46 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb
MTN-nin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb.

Məlumatlı mənbələrdən Trend-ə bildirilib ki, MTN-nin bir neçə yüksək vəzifəli şəxsi saxlanılıb.

Onların bəziləri haqqında həbs qətimkan tədbiri secilib. Həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması və digər əməllər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti