...

Qaradağ rayonunda energetiklərin peşə bayramı qeyd olunub

Cəmiyyət Materials 22 Oktyabr 2015 12:25 (UTC +04:00)
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri iştirak edib.
Qaradağ rayonunda energetiklərin peşə bayramı qeyd olunub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Qaradağ rayonunda energetiklərin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri iştirak edib.

Tədbiri giriş nitqi ilə S.Mikayılov açaraq bildirib ki, Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il oktyabr ayının 20-si "Energetiklər günü" kimi qeyd edilir: "Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur. Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində "Azərişıq"ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır".

S.Mikayılov ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan Azərbaycan energetiklərinin peşə bayramı münasibəti ilə "Azərişıq"ASC-nin bütün kollektivini təbrik edib, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Energetika sahəsində səmərəli fəaliyyətinə görə, 20 oktyabr - Energetika işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 6 əməkdaşı qiymətli hədiyyə, 3 əməkdaşı isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti