...

Hər kağızı bir yarpağa dəyişək - Gəncə (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2015 12:47 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı və İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib.
Hər kağızı bir yarpağa dəyişək - Gəncə (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı və İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən ağacəkmə aksiyasında YAP Gəncə şəhər Təşkilatının fəallarından, İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin və "ASAN xidmət" Mərkəzinin könüllülərindən ibarət 300-dən artıq gənc iştirak edib. Aksiya iştirakçıları ərazini daşlardan təmizləyib, damcılama yolu ilə su xətti çəkiblər. Daha sonra ərazidə havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan Eldar şamı əkiblər.

İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin koordinatoru Könül Zeynalova bildirib ki, məqsədimiz " Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində ərazidə 10 min ağac əkmək planlaşdırılır. Aksiya iştirakçıları bundan sonra da silsilə şəklində ağacəkmə aksiyasını davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti