Daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlər

Daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlər

Bakı. Trend:

Daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlər geniş yer alır

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın yüksək səviyyədə təmin olunması, vətəndaşlara bu sahədə daha rahat, çevik və şəffaf xidmətlərin göstərilməsi ilə bağlı tədbirləri davam etdirir. Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yeniliklərdən biri də, daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsinin on-layn həyata keçirilməsidir.

Daşınmaz əmlakın təkrar qeydiyyatını maksimum dərəcədə sadələşdirən bu yenilik Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən istifadəyə verilən "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" sayəsində mümkün olub.

Müqavilə onlayn göndəriləcək

Yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur.

Nəticədə alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Yəni, alqı-satqıdan sonra vətəndaşların tərəfindən müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayıb. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi 1 dəfə - öz adına olan "çıxarışı" götürməyə gedir.

Bu yalnız əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə, vətəndaş DƏDRX-ə cəmi bir dəfə - "çıxarış" götürməyə gedəcək. Bu yenilik daşınmaz əmlakın qeydiyyatını əhəmiyyətli dərəcədə sadələşdirmiş, qeydiyyat prosedurlarının sayını minimuma endirərək, vaxt itkisi və əlavə müraciətlərin aradan qaldırmışdır.

5 addımdan 2 addıma

Ümumiyyətlə, son illər ƏMDK-nin apardığı məqsədyönlü tədbirlər, o cümlədən elektron və onlayn xidmətlərin aktiv surətdə tətbiqi nəticəsində qeydiyyat prosesi tanınmaz dərəcədə sadələşib. Müqayisə üçün bildirək ki, əvvəllər alqı-satqı prosesi üçün vətəndaşlar 4 mərhələdən keçməli olurdular. Belə ki, ilk növbədə əmlakın sahibi onun yüklü və ya həbsdə olub olmaması barədə məhdudiyyət arayışı almaq üçün ərazi idarəsinə müraciət etməli, ikinci mərhələdə bu arayışı ərazi idarəsindən almalı, üçüncü mərhələdə tərəflər notariusda alqı-satqını həyata keçirməli, dördüncü mərhələdə əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirmək üçün alqı-satqı müqaviləsini ərazi idarəsinə təqdim etməli, nəhayət, 5-ci mərhələdə əmlakın yeni sahibinin adına "çıxarışı" götürməli idi. Başqa sözlə, vətəndaş əmlak alqı-satqısında 4-ü DƏDRX və biri notarius olmaqla 5 dəfə müraciət etməli olurdu.

Son illər atılan addımlar nəticəsində isə bu prosedurların sayı 2-yə enib. Belə ki, 2014-cü ilin aprelindən məhdudiyyət arayışlarının notariat kontorlarında onlayn verilməsinə başlanıb. İndi isə alqı-satqı müqaviləsi ərazi idarəsinə birbaşa göndəriləcək. Nəticədə indi əmlak alqı-satqı prosesi üçün cəmi 2 addım kifayətdir: 1) notariusda alqı-satqı müqaviləsinin imzalanması, 2) əmlakın yeni sahibinin adına olan "çıxarış"ın götürülməsi.

Mərhələlər

Əvvəl

İndi

Addım

Forması

Addım

Forması

Məhdudiyyət arayışının alınması

1.Məhdudiyyət arayışının alınması üçün müraciət

Ərazi idarəsinə getmək

Məhdudiyyət arayışı onlayn alınır, alqı-satqı müqaviləsi bağlanır və notariusdan ərazi idarəsinə onlayn göndərilir

Notariusa getmək

2. Arayışın götürülməsi

Ərazi idarəsinə getmək

Alqı-satqı

3. Alqı-satqı müqaviləsi bağlanır

Notariusa getmək

Yeni sahibin adına "çıxarış" sənədinin alınması

4. Alqı-satqı müqaviləsinin notariusdan götürülərək ərazi idarəsinə verilməsi və "çıxarış" üçün müraciət edilməsi

Ərazi idarəsinə getmək

5. "Çıxarış"ın alınması

Ərazi idarəsinə getmək

"Çıxarış" alınır

Ərazi idarəsinə getmək

Ümumi

5 addım

5 üraciət

2 addım

2 müraciət

Müqavilələr onlayn necə göndərilir

Komitənin digər onlayn xidmətləri kimi, haqqında danışılan yeni onlayn xidmət də Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərir. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür. Sistemdə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir.

Ödənişlər onlayn aparılır

Yeni onlayn xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri bank, elektron hökumət portalı, ödəniş terminalları vasitəsilə aparmaq olar. Alqı-satqı zamanı isə ərizəçi birbaşa notariat kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər edə bilir. Yəni ödəniş etmək üçün əlavə yerə getməyə ehtiyac qalmır.

Qeydiyyatdan yayınmaq problemi həll ediləcək

Yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Alqı-satqıların az qala avtomatik baş verməsi və vaxt itkisinin aradan qalxması əmlak sahiblərini daha çevik qərar verməyə həvəsləndirəcək. Amma bu məsələnin yalnız bir tərəfidir. Alqı-satqı müqavilələrinin avtomatik olaraq qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında çoxdan bəri mövcud olan digər problemin həllinə səbəb olacaq. Belə ki, bəzi hallarda alqı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Nəticədə həmin əmlak faktiki olaraq dövriyyədən kənarda qalır, onunla əməliyyatların aparılması, o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. Bəzi hallarda bu sadəcə məsuliyyətsizlik səbəbindən baş verirdi. Bəzi hallarda isə əmlakın yeni sahibi bilərəkdən əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Bu isə müəyyən vəziyyətlərdə mənfi hallara səbəb olurdu. ƏMDK-nin yeni xidməti ilə qeydiyyatın avtomatik həyata keçirilməsi belə halların qarşısını almağa da imkan yaradacaq.

Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Loading Bars
Xəbər lenti
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (VİDEO)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Bütün xəbərlər