Bakı. Elmira Tariverdiyeva, Anaxanım Hidayətova - Trend:
İslamın cinayətkarların törətdiyi terror aktları ilə heç bir əlaqəsi yoxdur. Trend-in məlumatına görə, bunu İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, cinayətkarların dini və hər hansı mədəniyyətlə əlaqəsi yoxdur: "Bütün mədəniyyət və cəmiyyətlərdə terrorçular var".
Baş direktor qeyd edib: "İslam sülh, bilik, tolerantlıq vә müxtәlifliklәrә hörmәt dinidir. Biz dünyaya bildirmәliyik ki, bu cinayətlәr islam deyil. Parisdә baş verәn terror aktlarını pislәyirik. Necә ki, Yәmәndә, Suriyada, İraqda baş verәn terror aktlarını pislәyirik. Terror terrordur vә bunun dinlә heç bir әlaqәsi yoxdur".