...

ƏƏSMN əlilliyi olan şəxsləri 32 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edib

Cəmiyyət Materials 4 Dekabr 2015 12:07 (UTC +04:00)
Cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslər ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1 faiz çox, yəni 31923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər.
ƏƏSMN əlilliyi olan şəxsləri 32 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edib

Bakı. Trend:

Cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslər ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1 faiz çox, yəni 31923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi cari ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxsləri 1091 ədəd aşağı ətraf protezi və 169 ədəd yuxarı ətraf protezi, 1052 ədəd aşağı ətraf ortezi, 243 ədəd döş protezi, 3524 cüt ortopedik ayaqqabı və 3631 cüt protez ayaqqabı, 616 ədəd korsetlə təmin edib.
Əlilliyi olan şəxslərə həmçinin 1273 ədəd əlil arabası, 471 ədəd eşitmə aparatı, 10618 ədəd müxtəlif növdə reabilitasiya vasitəsi, 2006 ədəd qoltuqaltı və 1628 ədəd dirsəkaltı ağac, 711 ədəd dördayaqlı dayaq vasitəsi və s. verilib. Bu dövrdə qeyd olunan şəxslərə məxsus 743 ədəd reabilitasiya vasitəsi təmir edilərək, yenidən onlara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti