...

"Günəşli" yatağında baş verən yanğında itkin düşənlərin axtarışı hələlik nəticə verməyib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Dekabr 2015 11:10 (UTC +04:00)
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin dünən axşamdan indiyədək aparılan axtarışı hələlik heç bir nəticə verməyib.
"Günəşli" yatağında baş verən yanğında itkin düşənlərin axtarışı hələlik nəticə verməyib (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva-Trend:

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin dünən axşamdan indiyədək aparılan axtarışı hələlik heç bir nəticə verməyib.

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov deyib ki, 26 nəfərin axtarışı üçün əlavə helikopterlər cəlb edilib. Həmin şəxslərin 3-nün axtarışı üçün "Neft daşları"nda, 23-nün axtarışı üçün isə "Günəşli" ərazisində işlər aparılır.

x x x

B.Ağarəhimov qeyd edib ki, axtarışlara əlavə olaraq, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, Sərhəd Mühafizə Xidmətinin 2 helikopteri, 5 gəmisi cəlb edilib.

Onun sözlərinə görə, "28 may" NQCİ-nin ərazisində axtarış üçün dalğıc qrupunun əvəzinə gəmidən sualtına xüsusi aparatlar buraxılıb, axtatış həmin aparatlarla apalır.

B.Ağarəhimov bildirib ki, yanğının söndürülməsi üçün avadanlıqlar artıq meydançanın üzərinə yerləşdirilib: "Tikinti-quraşdırma idarəsinin əməkdaşları həmin avadanlıqların birləşdirilməsi işini davam etdirirlər. Bu işlərin axşama qədər yekunlaşması nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti