...

İtkin düşən neftçilərin axtarışı nəticə vermir, yanğın isə davam edir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 9 Dekabr 2015 16:07 (UTC +04:00)
Əfsuslar olsun ki, nəticə əldə olunmayıb.
İtkin düşən neftçilərin axtarışı nəticə vermir, yanğın isə davam edir (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

"Saat 16:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları Fövqəadə Hallar Nazirliyinin helikopterləri və AZAL-dan götürülmüş helikopterlərlə davam etdirilir. Əfsuslar olsun ki, nəticə əldə olunmayıb".

Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Ağarəhimov bildirib ki, hazırda 5 gəmi yanğının söndürülməsi işlərini davam etdirir.

O, əlavə edib ki, sabah SOCAR ilə ABŞ-ın "Boots and Coots" şirkəti arasında yanğının söndürülməsi ilə bağlı görüş keçiriləcək: "Onlar bizdən yanğın baş verən platformanın və avadanlıqların sxemini istəyiblər. Sabah müzakirələrdən sonra qərar veriləcək ki, yanğının söndürülməsi işləri neçə saat və neçə gün davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti