Bakı. Trend:
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.
Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb.
Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilmiş və aidiyyətı üzrə təhvil verilib.